Thiago Motta iki böyük klubun maraq dairəsində
Bakı, 11 aprel, Tsport.az
İtaliyanın “Juventus” klubundan ayrılan Thiago Motta, iki böyük klubun maraq dairəsindədir.
Tsport.az xəbər verir ki, 37 yaşlı məşqçi ilə maraqlanan komandalar “Atalanta” və İngiltərənin “Tottenham” klubudur.
“Tottenham” pis mövsümün ardından, baş məşqçi Angelos Postekoqlu ilə yollarını ayırmağa hazırlaşır. Postekoqlu yalnız Avropa Liqasını qazanarsa, postunda qala bilər.
“Atalanta”da isə, mövsümün sonunda Can Piero Gasperinin komandanı tərk edəcəyi əvvəldən açıqlanıb.
Qeyd edək ki, Thiago Motta bu mövsümün əvvəlində “Juventus”un baş məşqçisi təyin olunmuşdu, amma mart ayında istefa verərək klubdan ayrıldı.