Thibaut Courtois “Real Madrid” ilə yeni müqavilə imzaladı
Bakı, 19 iyul , Tsport.az
İspaniya nəhəngi “Real Madrid” belçikalı qapıçı Thibaut Courtois ilə yeni müqaviləyə imza atıb. “Marca”nın məlumatına görə, 33 yaşlı qolkiperin sözləşməsi 2027-ci ilin yayına qədər uzadılıb.
Tsport.az xəbər verir ki, klubun yaxın günlərdə bu barədə rəsmi açıqlama verəcəyi gözlənilir.
Courtoisin əvvəlki müqaviləsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulmuşdu. Yeni anlaşma onun komandadakı lider rolunu daha da gücləndirəcək.
Belçikalı qapıçı 2018-ci ilin yayında “Chelsea”dən “Real Madrid”ə transfer olunub və ötən mövsüm bütün yarışlarda 53 oyuna çıxaraq 17 qarşılaşmada qapısını təmiz saxlayıb.