Thomas Müller MLS yolunda
Bakı, 10 aprel, Tsport.az
“Bayern Munich”dən ayrılacağını rəsmən açıqlayan alman futbolçu Thomas Müller, karyerasını ABŞ-da davam etdirə bilər.
Tsport.az xəbər verir ki, 35 yaşlı futbolçunun xidmətində MLS təmsilçisi “FC Cincinnati” maraqlıdır. Klub artıq Müller ilə ilkin danışıqlara start verib.
Təcrübəli hücumameyilli oyunçu həmçinin Səudiyyə Ərəbistanı və Avropa klublarından da təkliflər alması gözlənilir.
Müllerin gələcək karyerası ilə bağlı qərarını yaxın həftələrdə verəcəyi bildirilir.