Thomas Reis: Daha çox mübarizə aparmalıyıq!
Bakı, 3 aprel, Tsport.az
“Reeder Samsunspor”un baş məşqçisi Thomas Reis, Trendyol Super Liqanın 30-cu həftəsində “Onvo Antalyaspor” ilə keçirəcəkləri oyunda daha mübarizəli bir oyun oynamaları lazım olduğunu bildirib. Reis, Nuri Asan Təsislərində keçirilən həftəlik mətbuat konfransında 5 aprel cümə günü səfərdə “Onvo Antalyaspor” ilə keçirəcəkləri qarşılaşma öncəsi fikirlərini bölüşüb.
Tsport.az xəbər verir ki, “Kasımpaşa” ilə oyunda pis bir performans göstərdiklərini qeyd edən Reis, “Əlbəttə, bunlar futbolda olur. Əvvəlcə, “Antalyaspor” qarşısında performansımızı dəyişdirməliyik. “Antalyaspor” yaxşı rəqibdir. Yaxşı rəqibə qarşı oynayacağıq. Oyunu geridən pasla qurmağa çalışan bir komanda. İkili mübarizələrdə daha yaxşı olmalıyıq. Daha çox mübarizə aparmalıyıq. Təəssüf ki, son həftələrdə müdafiənin arxasına qaçılan hallarda, uzun qaçışlarda və sahədə mübarizə ruhunu itirməkdə bəzi əskikliklərimiz oldu. Bunları bu qarşılaşmada mütləq etməməliyik” dedi.
Reis, zədəsi keçən Satkanın məşqlərə qatıldığını bildirərək, Satkanın məşqlərə qatılmasına çox sevindim. Zədəsi tamamilə keçdi, ilk 11-də oynada bilərəm. Celilin cəza müddəti bitdi, amma hələ məşqlərə başlamadı. Mariusun da cəzası bitdi. Bəzi oyunçularımız olmadıqda dar heyətimizlə bəzən çətinliklər yaşayırıq. Çünki o oyunçuların mövqelərini doldurmaqda çətinlik çəkirik. Bəzən bu çətinliklər bizi istəmədiyimiz performanslar göstərməyə məcbur edir. Bəzi oyunçularımız da zədəlidir, hal-hazırda onların vəziyyəti ilə bağlı şübhələr var. Bu oyunçuların vəziyyəti sabah dəqiqləşəcək və necə bir ilk 11 ilə “Antalyaspor” qarşısına çıxacağımızı qiymətləndirəcəyik” ifadələrini istifadə etdi.
“Fenerbahçe” ilə “Galatasaray” arasındakı derbini izlədiyini bildirən Reis, sözlərinə əlavə etdi: “Bizim “Fenerbahçe” ilə oyunumuzun hakimi də Cihan Aydın idi. “Fenerbahçe”-“Galatasaray” oyununda “Victor Osimhen” hakəmə əl ilə toxundu və heç bir kart görmədi. Bizim oyunçumuz “Fenerbahçe” ilə oyunda ona toxundu, daha yüngül bir toxunuş olsa da, sarı kart gördü. Hakimlər haqqında danışmağı sevmirəm. Böyük komandalar üçün fərqli yanaşma olduğunu demək istəmirəm, amma bəzı komandalar arasındakı fərqi deyə bilərəm. Nəticədə eyni hakimdi. Osimhenin teması Mariusun temasından daha sərt olduğunu düşünürəm. Amma Osimhenə heç bir kart verilmedi. Marius isə sarı kart görüb cəzalı duruma düşdü. Buna görə bəzi insanlar xarici hakimlər tələbi edirlər və haqlı ola bilərlər. Ümid edirəm gələcəkdə bu cür qərarlar ədalətli şəkildə verilər”.
Fatimə Abdulrəhimli