Dünya Futbolu

Tijjani Reijnders “Manchester City” ilə razılığa gəldi

Bakı, 19 may, Tsport.az

Ticani Reynders “Manchester City” ilə razılığa gəldi.

Tsport.az xəbər verir ki, Tijjani Reijnders artıq “Manchester City” ilə ilkin şəxsi razılıq əldə edib. Pep Guardiolo ilə çalışmağı arzu edən 25 yaşlı yarımmüdafiəçi, “Real Madrid”-in də maraqlarına baxmayaraq, “Şəhərlilər”-ə üstünlük verdiyini menecerlərinə bildirib.

“Milan” ilə transfer mövzusunda danışıq və təxminən 50 milyon avro + bonuslar müqabilində razılığa gəlinməsi gözlənilir.