Tomas Müller Yaponiyaya gedir?
Bakı, 25 aprel, Tsport.az
“Bavariya”nın əfsanəvi futbolçusu Thomas Müller karyerasını Asiyada davam etdirə bilər.
Tsport.az xəbər verir ki, Yaponiyanın “Vissel Kobe” klubu 35 yaşlı alman yarımmüdafiəçini heyətinə qatmaq üçün hərəkətə keçib. Münhen təmsilçisi ilə müqaviləsi bu yay başa çatacaq olan Müller artıq klubu tərk etməyə hazırlaşır.
Müller “Bavariya”da keçirdiyi illər ərzində çoxsaylı titullar qazanıb və klubun simvoluna çevrilib.