Dünya Futbolu

Toni Kroos: “Müasir futbolda müdafiədən azad olmaq mümkün deyil”

Bakı, 13 iyul , Tsport.az 

Real Madrid“in əfsanəvi yarımmüdafiəçisi Toni Kroos, milli futbolçu Arda Güler haqqında diqqətçəkən fikirlər səsləndirib. Alman ulduz, qardaşı ilə birgə hazırladığı “Einfach mal Luppen” adlı podkastda Arda Gülerin gələcəyi və “Real Madrid”dəki rolu ilə bağlı danışıb.

Tsport.az xəbər verir ki, 2024-cü ilin iyul ayında futbola vida edən Kroos, “Dünya Klublar Kuboku”nda parlaq çıxış edən Arda Gülerin gələn mövsüm komandanın açar oyunçularından biri ola biləcəyini qeyd edib.

Kroos-un sözlərinə görə, Arda Gülerin oyun tərzi xüsusi rol tələb edir:
“Əgər oyunçun ötürmələr arasında oynaya bilirsə, bəzi ikili mübarizələri uduzmasını görməməzliyə vurmaq olar. Əsas məsələ onun rolunun aydın olması və müdafiə səylərinə qatılmasıdır,” — deyə Kroos bildirib.

Kroos həmçinin vurğulayıb ki, Xabi Alonso Arda Gülerə kifayət qədər oyun vaxtı verib və futbol baxımından hazırlıqlı olsa da, fiziki cəhətdən də inkişaf edib. Amma onu tamamilə müdafiə vəzifələrindən azad etmək mümkün deyil.
“Modern futbolda bu demək olar ki, imkansızdır,” — sözlərini də əlavə edib.

Son olaraq Toni Kroos, Arda Gülerin oyuna ciddi şəkildə bağlı olduğunu vurğulayıb və Alonsonun ona verdiyi liderlik rolunu daşımaq üçün ideal zamanda olduğunu bildirib.

Bu açıqlamalar Arda Gülerin “Real Madrid”dəki gələcəyi üçün yeni gözləntilər yaradıb.