Dünya Futbolu

“Tottenham” 53 ildən sonra yenidən tarix yazdı

Bakı, 2 may, Tsport.az

İngiltərənin “Tottenham” klubu avrokuboklar tarixində nadir hadisəni təkrarlayaraq oyunun ilk dəqiqəsində qol vurmağı bacarıb.

Tsport.az xəbər verir ki, UEFA Avropa Liqasının yarımfinal mərhələsində Norveçin “Bodø/Glimt” komandasını 3:1 hesabı ilə məğlub edən London klubu görüşün start fitindən dərhal sonra – 1-ci dəqiqədə Brennan Johnsonun qolu ilə hesabı açıb.

Bu, “Tottenham”ın avrokuboklarda ilk dəqiqədə qol vurduğu cəmi ikinci haldır. Komanda sonuncu dəfə 1971-ci ilin dekabr ayında UEFA Kubokunda Rumıniyanın “Rapid București” klubuna qarşı görüşdə eyni nailiyyətə imza atmışdı.