“Tottenham” bu mövsüm 19-cu məğlubiyyətini alıb
Bakı, 28 aprel, Tsport.az
“Tottenham”, Angelos Postecoglounun rəhbərliyi altında Premyer Liqada ən pis nəticəsini təkrarlayıb.
Tsport.az xarici mediaya istinadən xəbər verir ki, bu hadisə İngiltərə çempionatının XXXIV turunda Liverpool (Liverpul) ilə oyundan sonra baş verib.
London təmsilçisi bu mövsüm Premyer Liqada 19-cu məğlubiyyətini alıb. Komanda, 1993/1994 mövsümündə də 19 məğlubiyyətə düçar olmuşdu.
Hal-hazırda “Tottenham” 37 xalla 16-cı yerdə qərarlaşıb. “Liverpool” isə artıq ölkə çempionluğunu rəsmiləşdirib.