“Tottenham”, “Manchester City”nin Braziliyalı futbolçusu üçün 70 milyon avro təklif edir
Bakı, 23 avqust, Tsport.az
İngiltərənin “Tottenham” klubu, “Manchester City“nin brazilyalı futbolçusu Savinyonu transfer etmək üçün ciddi addımlar atır.
Tsport.az xəbər verir ki, London təmsilçisi bu keçid üçün rəqibə 70 milyon avro ödəməyə hazır olduğunu bildirib.
“Manchester City” ilə müqaviləsi 2029-cu ilin yayına qədər olan 20 yaşlı Savinyo, ötən mövsüm çıxdığı 48 matçda 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.