“Tottenham” Xavi Simons transferini tamamladı
Bakı, 29 avqust , Tsport.az
“Tottenham“, “RB Leipzig” və “Niderland” millisinin gənc ulduzu Xavi Simonsun transferini yekunlaşdırıb. London klubu 22 yaşlı yarımmüdafiəçinin keçidinə razılıq verib.
Tsport.az xəbər verir ki, bu transferin “Spurs”ə 60 milyon avroya başa gəldiyi bildirilir. Simons artıq Londonda tibbi müayinədən keçib və klubla şəxsi müqavilə şərtlərini də razılaşdırıb. Rəsmi elanın yaxın günlərdə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Xavi Simons ötən mövsüm “Leipzig”də çıxdığı 33 oyunda 11 qol və 8 asistlə komandasının ən vacib oyunçularından biri olub. O, “Tottenham”ın hücum potensialını daha da artıracaq bir güc olaraq görülür.