Dünya Futbolu

“Tottenham”a sahiblərindən 100 milyon funtluq dəstək

Bakı, 9 oktyabr, Tsport.az

“Tottenham Hotspur” klubunun əsas sahibləri komandaya 100 milyon funt sterlinq dəyərində yeni investisiya yatırıb.

Tsport.az xəbər verir ki, bu vəsait maliyyə vəziyyətinin gücləndirilməsi və uzunmüddətli idman uğurlarının təmin edilməsi məqsədilə ayrılıb.

Enic Group, yəni Lewis Family Trust, “Tottenham”ın 86,58% payına sahibdir. Klub rəhbərliyi qeyd edib ki, bu yatırım Lewis ailəsinin “Tottenham”ın gələcəyinə sadiqliyinin göstəricisidir.