Dünya Futbolu

“Tottenham”da Fabio Paratici yenidən iş başında

Bakı, 15 oktyabr, Tsport.az

“Tottenham” iki ildən çox fasilədən sonra Fabio Paraticinin klubdakı vəzifəsinə qayıtdığını açıqlayıb.

İtaliyalı mütəxəssis iki il yarım əvvəl “Juventus”da maliyyə pozuntularına görə FIFA tərəfindən futboldan uzaqlaşdırılmışdı. 53 yaşlı Paratici indi “Tottenham”da Yohan Lange ilə birlikdə idman direktoru vəzifəsini icra edəcək.

“Bu kluba qayıtmaq mənim üçün böyük şərəfdir. Yohanla birgə “Tottenham” üçün xüsusi gələcək quracağımıza inanıram.”– deyə Paratici bildirib.