“Tottenham”ın yeni kapitanı Cristian Romero oldu
Bakı, 13 avqust, Tsport.az
İngiltərə Premyer Liqası təmsilçisi “Tottenham Hotspur”un yeni kapitanı müəyyənləşib.
Tsport.az xəbər verir ki, klubun baş məşqçisi Thomas Frank Son Heung-min-in komandadan ayrılmasının ardından kapitanlıq sarğısını Cristian Romero-ya həvalə edib.
Romero 2022-ci ildən “Tottenham”ın formasını geyinir. O, ötən mövsüm London təmsilçisi ilə UEFA Avropa Liqasının qalibi olub.