Trabzonspor, Fatih Tekke ilə 4.5 illik müqavilə imzalayıb
Bakı, 13 mart, Tsport.az
Trabzonspor, yeni baş məşqçisi Fatih Tekke ilə 4.5 illik müqavilə bağladığını açıqlayıb.
Tsport.az xəbər verir ki, tünd qırmızı-mavili klubdan verilən açıqlamada, “Peşəkar Futbol Komandamızın baş məşqçiliyi ilə bağlı cənab Fatih Tekke və ekibi ilə 4,5 illik müqavilə imzalanmışdır.” ifadələri yer alıb.
Sözləşmə ilə əlaqədar olaraq, “Cənab Tekke və ekibinə illik 30.000.000 TL zəmanətli maaş ödənəcək. Hər mövsüm üçün zəmanətli maaş artışı, əvvəlki mövsümün məbləğinin 20% artımı ilə həyata keçiriləcək.” deyə qeyd olunub.