Trabzonspor – Galatasaray matçı üçün VAR açıqlanıb
Bakı, 10 may, Tsport.az
“Trabzonspor” – “Galatasaray” matçının VAR hakimi hollandiyalı Ervin Blank olacaq.
Trendyol Super Liqasının 35-ci turunda bu axşam keçiriləcək “Trabzonspor” – “Galatasaray” (Qalatasaray) matçının video köməkçi hakimi (VAR) açıqlanıb. Papara Park Stadionunda saat 19:00-da başlayacaq qarşılaşmada hollandiyalı hakim Ervin Blank VAR növbətçiliyində olacaq. Matçın köməkçi hakimi video köməkçi (AVAR) Anıl Ustadır.