“Trabzonspor” ilk mərhələni tamamladı
Bakı, 13 iyul , Tsport.az
“Trabzonspor” 2025-2026 mövsümünə hazırlıqlar çərçivəsində birinci mərhələ məşqlərini başa vurdu. 30 iyun tarixində “Mehmet Ali Yılmaz Tesisləri”ndə başlayan kamp, “Dinamo Tiflis” ilə oynanan məşq oyunu ilə sona çatdı.
Tsport.az xəbər verir ki, Trabzonspor – Dinamo Tiflis: 1-1
Karadeniz təmsilçisinin qolunu penalti zərbəsiylə Muhammed Cham vurdu.
Bordo mavililər 2 günlük istirahətdən sonra 15 iyul tarixində Erzurumda ikinci mərhələ məşqlərinə başlayacaq. “Trabzonspor” bu mərhələdə 4 hazırlıq oyunu keçirəcək.
Komandanın baş məşqçisi Fatih Tekke, kampın tam heyətlə keçirilməsinə önəm verir. 47 yaşlı çalışdırıcı, xüsusilə yeni transferlərin Erzurum kampına yetişməsini istəyir. Kadroda düşünülməyən futbolçuların isə bu mərhələyə aparılması gözlənilmir.
Trabzonsporda yeni mövsüm hazırlıqları sürətlə davam edir. Komanda hədəfə daha hazır bir şəkildə başlamaq üçün ciddi məşqlər həyata keçirir.