Dünya Futbolu

Trabzonspor, Saul Niguez ilə anlaşdı

Bakı, 20 iyul , Tsport.az 

Trabzonspor, ispan mərkəz yarımmüdafiəçi Saul Niguez ilə prinsipial razılığa gəlib.

Tsport.az xəbər verir ki,

Yarımmüdafiə xəttini gücləndirmək istəyən “bordo-mavililər” bir müddətdir ki, “Atletiko Madrid”dən ayrılması gözlənilən Saul Niguez ilə maraqlanırdı.

Qara dəniz təmsilçisi ispan futbolçu ilə prinsipial razılaşma əldə edib. 30 yaşlı futbolçunun son danışıqlar üçün yaxın günlərdə Türkiyəyə gələcəyi gözlənilir.

Saul Niguez ötən mövsüm La Liqa klublarından olan “Sevilya”da icarə əsasında çıxış etmişdi.

“Sevilya” forması ilə 26 oyuna çıxan ispan yarımmüdafiəçi 1 qol və 6 assistlə yadda qalıb.