“Trabzonspor” Tonio Tekliçlə Yollarını Ayırdı
Bakı, 22 iyul , Tsport.az
Türkiyənin “Trabzonspor” klubu, Xorvatiyalı futbolçu Tonio Tekliç ilə yollarını ayırıb.
Tsport.az xəbər verir ki, “NK Varaždin” klubundan 1 milyon avro qarşılığında transfer edilən və 3 illik müqavilə imzalanan Tekliçin sözləşməsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Bordo-mavi”lərdən verilən rəsmi açıqlamada deyilir: “Klubumuz ilə peşəkar futbolçumuz Tonio Tekliç arasında 21.07.2023-cü il tarixində başlayan və 30.06.2026-cı il tarixində bitəcək peşəkar futbolçu müqaviləsi qarşılıqlı olaraq ləğv edilmişdir.”