Trabzonspor-un qapıçısı əməliyyat olunacaq
Bakı, 13 mart, Tsport.az
Trabzonspor-un gənc qapıçısı Onuralp Çevikkanın sağ dizində zədə aşkar edilib .
Tsport.az xəbər verir ki, Trabzonspor Sağlıq Komitəsinin sədri Ahmet Beşir, Onuralp Çevikkanın dünənki məşqdə zədələndiyini bildirib.
Beşir, qapıçının sağ dizində menisküs yaralanması olduğunu bildirərək, “Futbol A komandamızın dünənki məşqində zədələnən Onuralp Çevikkanın müayinəsi və MR görüntüləməsi nəticəsində sağ dizində menisküs zədəsi aşkar edilib. Oyunçumuz üçün ən qısa zamanda Acıbadem Altunizade Xəstəxanasında cərrahi əməliyyat planlaşdırılır.” sözlərini qeyd edib.