-->
Dünya Futbolu

“Trabzonspor” yarımfinala yüksəlmək üçün mübarizə aparacaq

Bakı, 1 aprel, Tsport.az

Trabzonspor, Ziraat Türkiye Kuboku çərçivəsində Sipay Bodrum FK-ni qəbul edəcək.

Tsport.az xəbər verir ki, oyun sabah saat 18:45-də Papara Park stadionunda baş tutacaq və qarşılaşmanı hakim Zorbay Küçük idarə edəcək.

A qrupunu 2 qələbə, 1 heç-heçə və 7 xalla lider tamamlayan Trabzonspor, bu mərhələni keçərək yarımfinala adlamaq istəyir. Bu oyunun qalibi Beşiktaş – Göztepe cütünün qalibi ilə yarımfinalda üz-üzə gələcək.

Trabzonspor heyətində bəzi çatışmazlıqlar var. Batagov, Hüseyin Türkmen və Anthony Nwakaeme zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcək.