“Trabzonspor”da yeni hədəf
Bakı, 28 iyun , Tsport.az
Yeni mövsümə hazırlıqları davam etdirən “Trabzonspor“, əsas qapıçısı Uğurcan Çakırın mümkün ayrılığı ehtimalına qarşı qapıçı transferi planını işə salıb. Bordo-mavililərin siyahısında ilk sırada “Eyüpspor“un qapıçısı Berke Özer yer alıb.
Tsport.az xəbər verir ki, Qaradəniz təmsilçiləri 25 yaşlı millinin üzvü ilə bağlı ilkin məlumat toplamış və “Eyüpspor”un 2027-ci ilə qədər müqaviləsi olan qapıçı üçün 10 milyon avroluq bonservis istədiyi bildirilir. Ötən mövsüm Super Liqada 34 oyuna çıxan Berke, 11 qarşılaşmada qapısını toxunulmaz saxlayaraq sabit performansı ilə diqqət çəkib.