“Trabzonspor”keçmişinin axtarışındadır.
Bakı, 7 aprel, Tsport.az
Trendyol Süper Liganın 30-cu həftəsində “Fenerbahçe”yə səfərdə 4-1 hesabı ilə məğlub olan “Trabzonspor”, bu mövsüm üç böyük rəqibinə qarşı oynadığı matçlardan arzuladığı nəticələrlə ayrıla bilmədi.
Tsport.az xəbər verir ki, liqa çempionu olduğu 2021-2022 futbol mövsümündə üç böyük rəqibi qarşısında 6 oyunda 3 qələbə, 3 heç-heçə alaraq məğlubiyyət yaşamayan bordo-mavililər, bu mövsüm 5 oyunda 4 məğlubiyyət, 1 heç-heçə alaraq qalib gələ bilmədi.
“Trabzonspor” çempion olduğu mövsümdə rəqiblərinə qarşı 6 oyunda 12 xal toplamağı bacarmışdısa, bu mövsüm 5 oyunda cəmi 1 xal əldə edə bildi.
Çempionluq dövründən sonra ən az xal
“Trabzonspor”, çempion olduğu 2021-2022 mövsümündən sonra böyük matçlarda da ən zəif mövsümünü yaşayır.
Bordo-mavililər, 2022-2023 mövsümündəki böyük matçlarda 1 qələbə, 3 heç-heçə, 2 məğlubiyyətlə 6 xal toplayarkən, ötən mövsüm isə 2 qələbə, 4 məğlubiyyətlə yenə 6 xal əldə etmişdi.
Karadeniz təmsilçisi bu mövsüm isə 5 oyunda cəmi 1 xal toplayaraq rəqibləri qarşısında çempionluqdan sonrakı dövrdə ən az xalını toplamış oldu.
Son 8 qarşılaşmada qalib gələ bilmir
“Trabzonspor”, üç böyük rəqibi qarşısında ötən mövsüm İstanbulda”Fenerbahçe”yə qarşı aldığı 3-2-lik qələbədən sonra “Galatasaray”a evdə 5-1, səfərdə “Beşiktaş”a 2-0, evdə “Fenerbahçe”yə 3-2 məğlub oldu.
Bordo-mavililər bu mövsüm isə evində “Beşiktaş” ilə 1-1 bərabərə qaldı, əlavə dəqiqələrdə vurulan qollarla “Fenerbahçe”yə 3-2, İstanbulda “Galatasaray”a 4-3, “Beşiktaş”a səfərdə 2-1, “Fenerbahçe”yə isə 4-1 uduzdu.
Beləliklə, “Trabzonspor” son 8 oyunda 7 məğlubiyyət, 1 heç-heçə aldı.
Aytac Mustafayeva