“Trabzonspor”un ən bahalı transferi gözləntiləri doğrultmur
Bakı, 31 mart, Tsport.az
Trabzonsporun qış fasiləsində heyətinə qatdığı ukraynalı futbolçu Danilo Sikan indiyə qədər gözlənilən performansı göstərə bilməyib.
Tsport.az xəbər verir ki, Ukraynanın Şaxtyor Donetsk klubundan 6 milyon avro qarşılığında transfer edilən və klub tarixinin ən bahalı oyunçularından biri olan 23 yaşlı hücumçu, çıxış etdiyi 10 rəsmi oyunda ümumilikdə 676 dəqiqə meydanda olub.
O, Trendyol Super Liqada 8 oyunda 496 dəqiqə, Ziraat Türkiyə Kubokunda isə 2 oyunda 180 dəqiqə şans qazanıb. Lakin Trabzonsporun hücumçusu indiyə qədər heç bir oyunda rəqib qapısına yol tapa bilməyib.