Dünya Futbolu

“Trabzonspor”un 2 futbolçusu gecənin fiquruna çevrilib

Bakı, 19 oktyabr, Tsport.az

Süper Liqanın 9-cu turunda “Çaykur Rizespor”u 2:1 hesabı ilə məğlub edən “Trabzonspor”da Paul Onuachu və Felipe Augusto komandanın aparıcı fiqurlarına çevriliblər.

Bu mövsüm “tünd qırmızı-mavilər”in vurduğu 15 qolun 73 faizinə məhz bu iki futbolçu imza atıb — Onuachu 7, Augusto isə 4 dəfə fərqlənib.

Onuachu son 4 turda ardıcıl 5 qol vurub, Augusto isə son 3 oyunda hər dəfə bir dəfə fərqlənib.