“Trabzonspor”un borcu açıqlanıb
Bakı, 10 oktyabr, Tsport.az
“Trabzonspor” 31 Avqust 2025 tarixinə olan cari borcunun 4,255 milyard TL olduğunu açıqlayıb.
Tsport.az xəbər verir ki, klubun verdiyi açıqlamaya görə, maliyyə tablolarının təhlili nəticəsində maliyyə hesablamalarında 2,9 milyard TL-lik enflasiya ilə əlaqəli xərclər və 3,048 milyard TL-lik dönen aktivlər nağd ödəmə tələb etmədiyi üçün, bu məbləğlər çıxıldıqda net borc 4,255 milyard TL təşkil edir.
Eyni zamanda, Uğurcan Çakırın transferindən klub təxminən 1,4 milyard TL gəlir əldə edib və bu məbləğ birbaşa borcların ödənməsində istifadə olunacaq.