Azərbaycan Futbolu

“Turan Tovuz” hazırlıq oyununda məğlub oldu

Bakı, 2 avqust, Tsport.az

Hazırda Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” klubu növbəti yoxlama matçını keçirib.

Tsport.az xəbər verir ki, komandanın baş məşqçisi Kurban Berdyevin rəhbərliyi altında baş tutan qarşılaşmada Albaniya təmsilçisi Flamurtari ilə üz-üzə gəlinib.

Görüş Azərbaycan klubunun minimal hesabla məğlubiyyəti ilə yekunlaşıb — 0:1.

Bundan əvvəl Turan Tovuz Türkiyə klublarından Ankara Keçiörengücü ilə 0:0, və Çorum FK ilə isə 1:1 hesablı bərabərlik əldə etmişdi.

Qeyd edək ki, Tovuz təmsilçisi hazırlıq çərçivəsində növbəti oyununu avqustun 5-də Mərakeşin Wydad AC klubu ilə keçirəcək.