“Turan Tovuz” ilk yoxlama oyununa çıxır
Bakı, 19 iyul , Tsport.az
Premyer Liqa təmsilçisi “Turan Tovuz” Türkiyədəki yay toplanışı çərçivəsində ilk sınaq matçına çıxır. Baş məşqçi Kurban Berdıyevin rəhbərlik etdiyi komanda bu gün Türkiyə 1-ci liqasında çıxış edən “Çorum” ilə qarşılaşacaq.
Tsport.az xəbər verir ki, matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Toplanış yeri — Bolu, Türkiyə
Toplanışın müddəti — 6 avqusta qədər
Komanda Boluda 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Hazırda yalnız bir qarşılaşmanın rəqibi rəsmiləşdirilib — iyulun 29-da “Turan Tovuz” İran Pro Liqasının son çempionu “Tractor” ilə üz-üzə gələcək.