Azərbaycan Futbolu

“Turan Tovuz” lider oldu

Bakı, 13 iyun , Tsport.az 

Misli Premyer Liqasının 2024/25 mövsümünün oyunlarını ümumilikdə 275 min 933 tamaşaçı izləyib. 180 matçda orta göstərici 1533 nəfər olub.

Tsport.az xəbər verir ki, ev oyunlarındakı tamaşaçı sayına görə “Turan Tovuz” bütün komandaları geridə qoyub. Qərb təmsilçisi mövsüm ərzində 78,500 tamaşaçı toplayaraq orta hesabla hər oyunda 4361 izləyici ilə liqanın lideri olub. “Neftçi” ikinci (2209 nəfər), “Sumqayıt” isə üçüncü (1858 nəfər) sırada qərarlaşıb.

Tamaşaçı sayı üzrə sıralama:

KomandaÜmumi tamaşaçıOyun sayıOrta tamaşaçı
Turan Tovuz78,500184361
Neftçi39,767182209
Sumqayıt33,450181858
Qarabağ31,130181729
Sabah23,886181327
Şamaxı20,900181161
Kəpəz18,600181033
Zirə13,55018753
Səbail11,55018642
Araz-Naxçıvan4,60018256
Cəmi275,9331801533

Mövsümün ən çox izlənən oyunları:

  1. Neftçi – Qarabağ (XXIII tur) – 9355 tamaşaçı
  2. Qarabağ – Neftçi (XXXI tur) – 7200 tamaşaçı
  3. Neftçi – Qarabağ (XV tur) – 7069 tamaşaçı
  4. Sumqayıt – Qarabağ (IX tur) – 7000 tamaşaçı
  5. Turan Tovuz – Qarabağ (XXVIII tur) – 6500 tamaşaçı

Azərbaycan derbiləri mövsüm ərzində ən çox izlənən qarşılaşmalar olub.