“Turan Tovuz” qələbə qazandı, “Neftçi”nin qələbə şansı bir oyun daha ertələndi
Bakı, 29 avqust , Tsport.az
Misli Premyer Liqasının III turunda “Neftçi” doğma meydanda “Turan Tovuz”u qəbul edib.
Tsport.az xəbər verir ki, Neftçi Arenada baş tutan matçı Əliyev Ağayev idarə edib. Oyunda hesabı 6-cı dəqiqədə Roberto Olabe açıb. İlk hissə qonaqların 1 top üstünlüyü ilə başa çatıb. İkinci hissənin 57-ci dəqiqəsində İgor Ribeiro Roberto Olabeyə qarşı qayda pozuntusu edib. Nəticədə qırmızı kart alaraq, meydanı tərk edib, komandasını azlıqda qoyub. Oyun 0-1 hesabı ilə başa çatıb.