“Turan Tovuz” səfərdə qələbə qazandı
Bakı, 17 may , Tsport.az
Misli Premyer Liqasının XXXV turunda “Sumqayıt” doğma meydanda “Turan Tovuz“u qəbul edib.
Tsport.az xəbər verir ki ,Tural Qurbanovun idarə etdiyi matçda hesabı 30-cu dəqiqədə Emanuel Hakmanın qolu ilə qonaqlar açıb: 0-1. İlk hissə 0-1 başa çatıb. İkinci hissədə hər iki komanda mübarizə aparsada, hesab dəyişməyib. Matç 0-1 başa çatıb. Beləliklə “Turan Tovuz” turnir cədvəlində 4-cülüyü təmin edib. Azərbaycan Kubokunu “Qarabağ” qazanarsa, Tovuz təmsilçisi gələn mövsüm UEFA Konfrans Liqasında mübarizə apara biləcək.