“Turan Tovuz” Türkiyə klubları ilə heç-heçə oynadı
Bakı, 29 iyul, Tsport.az
“Turan Tovuz” futbol klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ikinci yoxlama oyununda Türkiyə I Liqasının təmsilçisi “Keçiörengücü” ilə qolsuz heç-heçə edib.
Tsport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının təmsilçisi ilk sınaq matçında da heç-heçə ilə kifayətlənmişdi. Həmin oyunda “Çorum” klubu ilə qarşılaşan “Turan Tovuz” meydanı 1:1 hesablı bərabərliklə tərk etmişdi.