Azərbaycan Futbolu

“Turan Tovuz” yay hazırlıqlarına Türkiyədə davam edəcək

Bakı, 29 iyun , Tsport.az 

Misli Premyer Liqasında çıxış edən “Turan Tovuz” yay təlim-məşq toplanışı çərçivəsində iki mərhələli hazırlıq planı açıqlayıb.

Tsport.az xəbər verir ki, komanda iyulun 1-də Bakıda yerləşən Hünər təlim-məşq bazasında məşqlərə start verəcək.

İyulun 6-da isə komanda Türkiyəyə yola düşəcək. Təlim-məşqin ilk mərhələsi Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də baş tutacaq və iyulun 19-dək davam edəcək.

İkinci mərhələ 24 iyul – 6 avqust tarixləri arasında Bolu bölgəsində keçiriləcək. Baş məşqçi Kurban Berdıyev hazırlıq prosesi çərçivəsində komandaya 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblər və matçların dəqiq tarixləri yaxın günlərdə açıqlanacaq.