Azərbaycan Futbolu

“Turan Tovuz”dan Yaşar Sultanovu xatirəsinə pankart

Bakı, 17 oktyabr, Tsport.az

Misli Premyer Liqasının VII turunda “Turan Tovuz” Azərsun Arenada “Qarabağ”ı qəbul edir.

Tsport.az xəbər verir ki, meydana çıxan Tovuz təmsilçisi qısa müddət əvvəl vəfat Yaşar Sultanovun adının yazıldığı pankartla çıxıb.

Pankartda belə yazılır:

“Böyük “Turan” ailəsinin qəlbində daim yaşayacaqsınız, Yaşar Sultanov”.

0-3248×1440-0-0-{}-0-24#

Qeyd edək ki, Yaşar Sultanov “Turan Tovuz” futbol klubunun idarə heyətinin üzvü idi. 5 oktyabr 2025-ci ildə vəfat edib. Həmçinin Sultanov Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında icraiyyə komitəsinin üzvü kimi də çalışıb.

Bahar Rüstəm