“Turan Tovuz”dan əzici qələbə
Bakı, 4 oktyabr, Tsport.az
Misli Premyer Liqasının VII turunda növbəti qarşılaşma baş tutub.
Tsport.az xəbər verir ki, günün ikinci oyununda “Turan Tovuz” səfərdə “Sumqayıt”la üz-üzə gəlib. Görüş Tovuz təmsilçisinin inamlı qələbəsi ilə nəticələnib — 3:0.
Qonaqların heyətində 34-cü dəqiqədə Joralem Batista hesabı açıb, 58-ci dəqiqədə Aleks de Souza fərqi artırıb. Oyunun sonlarında — 90+ dəqiqədə Ayxan Hüseynov komandasının üçüncü qoluna imza atıb.
Bu qələbə ilə “Turan Tovuz” xallarının sayını 15-ə çatdıraraq turnir cədvəlində zirvəyə yüksəlib. “Sumqayıt” isə 11 xalla beşinci pillədə qərarlaşıb.
Xatırladaq ki, günün ilk matçında “Qarabağ” “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. VII tur oktyabrın 5-də başa çatacaq. Ötən gün “Araz-Naxçıvan” “İmişli”ni 2:0 hesabı ilə yenib, “Zirə” – “Neftçi” qarşılaşması isə 2:2 hesablı bərabərliklə başa çatıb.