Türk klubu baş məşqçisi ilə yollarını ayırıb
Bakı, 19 mart, Tsport.az
Türkiyə Super Liqası klubu “Alanyaspor” baş məşqçi Sami Uğurlu ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.
İdmanxeber.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssislə razılaşma nəticəsində yollar ayrılıb.
Hazırda “Alanyaspor” Super Liqada 27 turdan sonra 31 xalla turnir cədvəlində 14-cü sırada qərarlaşıb.