Türkiyəli qapıçı UEFA Avropa Liqasının qəhrəmanı olub
Bakı, 3 oktyabr, Tsport.az
UEFA Avropa Liqasında “Lille”nin səfərdə “Roma” üzərində 1:0 hesablı qələbəsində Türkiyənin milli qapıçısi Berke Özer tarix yazıb.
Tsport.az xəbər verir ki, o, ardıcıl 3 penaltini xilas edərək komandası üçün qələbəni təmin edib və Fransız-İtalyan mediasında geniş əks-sədaya səbəb olub.
Fransa mətbuatı L’Equipe qapıçının uğurunu “Berke qazandırdı” başlığı ilə “Bunu üç dəfə etmək sadəcə inanılmazdır.” -sözlərini qeyd edib.
İtaliya mətbuatı da qeyri-adi hadisəni vurğuladı:
La Gazzetta dello Sport: “Dördüncü cəhd olsaydı nə olacağını təsəvvür etmək belə istəməzsiniz.”
Corriere dello Sport: “Əvvəllər belə bir səhnə görülməyib, sanki zarafat idi.”