Türkiyənin milli tennisçisi Zeynep Sönmez, Çin Açıqa 3-cü turda vidalaşdı
Bakı,29 sentyabr , Tsport.az
Turnirin ilk turunda Sijia Wei-ni 6-2, 6-0 hesabı ilə məğlub edən, ikinci turda isə dünya 12-cisi Clara Tauson-u 6-4, 2-6, 6-3 hesabı ilə keçərək WTA 1000 turnirində ilk dəfə 3-cü tura yüksələn Zeynep, bu mərhələdə rusiyalı Anastasia Potapova ilə qarşılaşdı.
Qeyd edək ki, rəqibinə 6-3 və 7-5 hesablı setlərlə 2-0 uduzan Türkiyənin milli tennisçisi turnirlə vidalaşdı.