Dünya Futbolu

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı

Bakı, 7 oktyabr, Tsport.az

“Kayserispor” baş məşqçisi Markus Gisdolun vəzifəsinə son verib.

Tsport.az xəbər verir ki, bu barədə klubun prezidenti Nurettin Açıkalın məlumat verib. O, alman mütəxəssisə xidmətlərinə görə təşəkkür edib və yeni baş məşqçi axtarışının davam etdiyini bildirib.

Açıkalın qeyd edib ki, klub rəhbərliyi yeni baş məşqçini komandanın sabah Antalyada başlayacağı təlim-məşq toplanışına qədər təyin etməyə çalışır.

Markus Gisdol rəhbərliyində “Kayserispor” Süper Liqada 8 oyuna çıxıb, bu görüşlərdə 5 heç-heçə və 3 məğlubiyyət alaraq 5 xal toplayıb.

Komanda bu matçlarda 5 qol vurub, qapısında isə 17 qol görüb.