Türkiyə klubunda növbəti ayrılıq
Bakı, 4 aprel, Tsport.az
“Denizlispor”-da Prezident Erhan Ergilin istefası qəbul edilib.
Tsport.az xəbər verir ki, Nesine 3-cü Liqada, çətin vəziyyətdə olan və liqada qalmaq üçün mübarizə aparan Denizlispor-da prezident Erhan Ergilin istefası qəbul edilib.
Klubun nümayəndəsi Melih Yanık, verdiyi açıqlamada bunun doğruluğunu təsdiq edib.
Erhan Ergil, 9 mart tarixində vəzifəsindən istefa etdiyini açıqlamışdı.