Türkiyə millisi A Liqasında
Bakı, 23 mart, Tsport.az
Türkiyə milli komandası bu gün Budapeştdə Macarıstan millisi ilə qarşılaşıb. Matçı 0-3 hesabı ilə qazanan al-qırmızılar A liqasına vəsiqə qazanıblar.
Tsport.az xəbər verir ki, hesabı Hakan Çalhanoğlunun penalti qolu ilə açıb. Ardınca Arda Gülər və Abdulkerim Bardakçı hesabdakı fərqi artırıb. İstanbuldakı oyunu da 3-1 qazanan Türkiyə millisi DÇ-2026-ya da vəsiqə qazanıblar.
Bahar Rüstəm