-->
Digər

Türkiyə təmsilçisi 60-cı qələbəsinə imza atıb

Bakı, 31 mart, Tsport.az

Motosiklet sürücüsü Topraq Rəzqatlı, Dünya Superbike Çempionatının Portuqaliyada keçirilən ikinci mərhələsinin ikinci yarışında birinci olub.

Tsport.az xəbər verir ki, Portimau şəhərindəki 4,6 kilometrlik Beynəlxalq Alqarve yolunda təşkil edilən yarışın ikinci mərhələsi də başa çatıb.

Süperpol yarışında ilk yeri tutan Rokit BMW komandasının pilotu Topraq, ilk sıradan başladığı mübarizəni qələbə ilə tamamlayıb.

Bu, onun idman karyerasında 60-cı qələbəsi olub və o, Superbike tarixində ən çox yarış qazanan üçüncü sürücü adını artıq təkbaşına daşıyır.

Aruba Dukati komandasının sürücüləri Nikolo Buleqa ikinci, Alvaro Bautista isə üçüncü yeri tutub.