Dünya Futbolu

Türkiyə – Meksika maçının biletləri satışda

Bakı, 4 aprel, Tsport.az

Türkiyənin A Milli Futbol Komandasının Meksika ilə keçirəcəyi xüsusi matçın biletləri satışa çıxıb.

Tsport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasından (TFF) verilən açıqlamaya görə, Şimali Karolina ştatının Chapel Hill şəhərindəki Kenan Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 03:30-da başlayacaq matçın bütün bilet satış təşkilatı Soccer United Marketing tərəfindən həyata keçirilir.

Baş verəcək hər hansı bir problem üçün TFF-nin məsuliyyət daşımayacağını bildrib.