Tyrique George “Chelsea”dən ayrılır
Bakı, 4 avqust, Tsport.az
“Chelsea”nin gənc futbolçusu Tyrique George karyerasını Almaniyada davam etdirə bilər. İngiltərəli vinger “Leipzig” klubu ilə anlaşmağa yaxındır.
Tsport.az xəbər verir ki, 19 yaşlı oyunçunun transfer qiymətinin 10 milyon avro olduğu bildirilir. Hazırda tərəflər arasında danışıqlar yekun mərhələdədir.
Qeyd edək ki, Tyrique George “Chelsea” ilə 2027-ci ilin yayına qədər müqaviləyə malikdir. Gənc futbolçu London klubunun akademiyasının yetirməsidir və son mövsümdə əsas komandada bir neçə oyunda şans qazanıb.
Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.