-->
Dünya Futbolu

Təxirə salınmış “Barcelona”-“Osasuna” oyunun yeni vaxtı bəlli olub

İspaniya Kral Futbol Federasiyası, təxirə salınan “Barcelona” və “Osasuna” oyununun keçiriləcəyi yeni tarixi açıqlayıb.

Tsport.az xəbər verir ki, görüş, 27 mart tarixində təşkil olunacaq.

Əvvəlcə 8 martda oynanması planlaşdırılan qarşılaşma, Kataloniya klubunun həkimi Karles Minyaro Garsiyanın ölüm xəbəri ilə təxirə salınmışdı.

Qeyd edək ki, La Liqada hal-hazırda “Barcelona” 60 xalla liderliyini qoruyur, “Osasuna” isə 33 xalla 14-cü yerdə qərarlaşıb.