U-15 Avropa çempionatında güləşçilərimizdən uğurlu nəticələr
Bakı, 28 iyun , Tsport.az
İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatının üçüncü günündə yunan-Roma güləşi üzrə yarışlara start verilib. Azərbaycan güləşçiləri çempionatda parlaq çıxışla yadda qalıblar.
Tsport.az xəbər verir ki, Hüseyn Əmrahlı (38 kq), Ömər Salmanov (44 kq) və Ruslan Nuriyev (75 kq) möhtəşəm performans sərgiləyərək finala vəsiqə qazanıblar. Həmçinin Hüseyn Mustafazadə (52 kq), Rahib Əhmədov (41 kq) və Nadir Həsənov (62 kq) yarımfinalda uduzsalar da, bürünc medal uğrunda mübarizə aparmaq şansı əldə ediblər.
Bir sıra idmançılar isə təsəlliverici görüşlərdə iştirak edəcəklər. Bunlar arasında Xudayar Kərimli (38 kq), Vəkil Bəşirov (48 kq), Zöhrab Səfərov (85 kq) kimi güləşçilər yer alır.