U-16 millimiz Bakıda təlim-məşq toplanışına başlayır
Bakı, 13 iyun , Tsport.az
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 15-dən 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Tsport.az xəbər verir ki, U-16 yığması hazırlıq çərçivəsində iki yoxlama görüşü keçirəcək. Aqil Nəbiyevin rəhbərlik etdiyi komanda iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki oyun Binə stadionunda təşkil olunacaq və saat 18:00-da başlayacaq.
Toplanışa dəvət olunan futbolçular:
- Qarabağ: Bilal Hacıyev, Uğur Qurbanlı, Roman Fərzəli, Vaqif Nəbiyev, Tunar Əsgərzadə, Cavidan Əlizadə, Daniil Rəcəbov, Əli Bəşirov
- Neftçi: Kamal Camalzadə, Ruslan Quliyev, Şikar Şikar
- Sabah: Firdovsi Şeydayev, Vaqif Məmmədli, Nihat Hüseynzadə
- Qəbələ: Mehdi İsmayılov, Tunar Bayramov
- Marcet (İspaniya): Mehdi Hüseyn, Rəsul Balakişiyev, Nicat Əhmədzadə
- Zirə: Ramil Hacıyev
- EFA: Yusif Orucəliyev
- Sumqayıt: Ömər Kosayev