Azərbaycan Futbolu

U-17 millisi Bakıda toplanışa başlayır

Bakı, 10 mart, Tsport.az

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının martın 11-dən 14-dək Bakıda təlim-məşq toplanışı baş tutacaq.

Tsport.az AFFA-nın məlumatına əsasən xəbər verir ki, hazırlıq prosesi çərçivəsində U-17 yığması martın 14-də saat 13:00-da “Kapital Bank Arena”da “Sumqayıt”ın U-19 komandası ilə yoxlama oyunu keçirəcək.

Martın 15-dən 25-dək isə millimiz Albaniyada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Azərbaycan B Liqasının 6-cı qrupunda Albaniya və Uelsin müvafiq yaş qruplarından ibarət komandaları ilə qarşılaşacaq.

Oyun təqvimi:
19 mart, 18:00 – Azərbaycan 🇦🇿 – Albaniya 🇦🇱 (Elbasan Arena)

22 mart, 15:00 – Uels – Azərbaycan 🇦🇿 (Elbasan Arena)

Milliyə dəvət olunan futbolçular:
Rauf Əyyubov (Sabah)
Elbrus Kərimov (Marcet, İspaniya)
Murad Qurbanov (Zirə)
Həzrət Səmədov (Sabah)
Səttar Tahirzadə (Marcet, İspaniya)
Tuncay Əhmədov (Marcet, İspaniya)
Amin Rzayev (Qarabağ)
Fərid Cabbarlı (Zirə)
Nadir Nəsibli (Marcet, İspaniya)
Muhamməd Çodarov (Marcet, İspaniya)
Tunar Muradov (Turan Tovuz)
Əli Qazibəyov (Qarabağ)
İbrahim Babayev (Servette 1890, İsveçrə)
Vüsal Kərimov (Neftçi)
Abdulaziz Cabbarlı (Qarabağ)
Ariz Kərimov (Qəbələ)
Tunar Rzayev (Marcet, İspaniya)
İslam Həsənov (Graficar, Serbiya)
Əhməd Vəliyev (Qarabağ)
Əli İbrahim (Qarabağ)