Azərbaycan Futbolu

U-17-nin (Qadınlar) seçmə mərhələ üçün heyəti

Bakı, 18 oktyabr, Tsport.az

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 18-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq, ayın 22-də Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün Moldovanın paytaxtı Kişineuya yollanacaq.

Tsport.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan U-17-nin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Uels, Kosovo və Moldova yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib. Turnirin bütün matçları Moldovada təşkil olunacaq.

 U-17-yə çağırılan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:

Nr. Ad / SoyadKlub
1Aydan AbdullayevaSabah
2İradə ƏsədliŞəfa
3Aylin QuluzadəTəhsil 8 İOEUGİM
4Məryəm SəmədliSabah
5Aysu ƏsədovaSabah
6Aylin KərimovaSabah
7Ayan AbdiyevaLiman
8Şəhanə MirzəliyevaLiman
9Suel PolikarpovaNeftçi
10Sara SəlimovaNeftçi
11Naidə MəmmədovaDirçəliş
12Xədicə RəhimovaNeftçi
13Mehri MəmmədzadəBaku Juniors
14Fatimə KərimliSabah
15Tərgül QəniyevaSabah
16Yasmin BəbirovaTəhsil 8 İOEUGİM
17Zəhra İsmayılovaŞəfa
18Aylin AzadovaSabah

24 oktyabr

Uels (U-17, Qadınlar) – Azərbaycan (U-17, Qadınlar)

“Zimbru 2” stadionu, Kişineu. Saat 15:00

Baş hakim: Uqne Şmitayte (Litva)

Baş hakimin köməkçiləri: Deimante Bikute (Litva), Ana Bahcivanyi (Moldova)

Dördüncü hakim: Oleq Stoyanov (Moldova)

27 oktyabr

Kosovo (U-17, Qadınlar) – Azərbaycan (U-17, Qadınlar)

Millilərin Hazırlıq Mərkəzi, Vadul lui Voda. Saat 14:00

Baş hakim: Briet Braqadottir (İslandiya)

Baş hakimin köməkçiləri: Ticana Krstiç (Serbiya), Ana Bahcivanyi (Moldova)

Dördüncü hakim: Oleq Stoyanov (Moldova)

30 oktyabr

Azərbaycan (U-17, Qadınlar) – Moldova (U-17, Qadınlar)

“Zimbru 2” stadionu, Kişineu. Saat 15:00

Baş hakim: Uqne Şmitayte (Litva)

Baş hakimin köməkçiləri: Deimante Bikute (Litva), Ticana Krstiç (Serbiya)

Dördüncü hakim: Briet Braqadottir (İslandiya)