U20 Avropa çempionatında güləşçilərimizdən 3 gümüş medal
Bakı, 1 iyul , Tsport.az
İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatında Azərbaycan güləşçiləri uğurlu çıxışla yadda qalıblar.
Tsport.az xəbər verir ki, qitə birinciliyinin ikinci yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə qaliblər müəyyənləşib. Güləşçilərimiz bu mərhələdə 3 gümüş medal qazanıblar.
Turan Daşdəmirov – Finalda rusiyalı Ivan Solominə “ilk xal” prinsipinə əsasən 1:1 hesabıyla məğlub olub.
Tural Əhmədov (63 kq) – Finalda rusiyalı Igor Punçenkoya 1:9 hesabı ilə uduzub.
Davud Məmmədov (77 kq) – Finalda gürcüstanlı Anri Putkaradzeyə 1:3 hesabı ilə məğlub olub.
Bu nəticə ilə komandamız Avropa çempionatına ümidverici bir start verib.
🔗 Ətraflı: tsport.az